Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə “İnterfaks” agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.
Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. İddialara görə, hadisə zamanı 69 nəfərin itkin düşüb.
Xatırladaq ki, Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./APA.
***
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yanğının baş verdiyi ərazidən 53 nəfərin meyiti tapılıb.
Paylaş: