Xəbər lenti

 

Londonda “Grenfell Tower” yaşayış binasında baş verən yanğında ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland Yardın nümayəndəsi Stüart Kandı bildirib.

“12 nəfərin öldüyünü təsdiq edə bilərəm. Təəssüf ki, ölüm faktlarının artacağı gözlənilir”, deyə S.Kandi qeyd edib.

Yanğın nəticəsində xəsarət alanların sayı 69 nəfərə çatıb. Hadisə zamanı yaşayış binasında təqribən 400-600 sakin olub. Qeyd edək ki, bu gün Londonun qərbində 24 mərtəbəli binada güclü yanğın baş verib.




Ana səhifəyə qayıt        Baxış: 922          Tarix: 14-06-2017, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma