Xəbər lenti

"Bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb".

Bunu martın 28-də Bakıda iranlı həmkarı Həsən Ruhani ilə təkbətək görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Əminəm ki, səfər çox uğurlu olacaq, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək. Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb".

 




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 29-03-2018, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma