İran İslam Respublikasının prezidenti Həsən Ruhani martın 29-da Azərbaycana rəsmi səfərə gələcək.
Strateq.az bildirir ki, bu barədə İranın dövlət televiziyası olan İRİB məlumat yayıb. İranın prezident administrasiyasının rabitə və informasiya məsələləri üzrə şöbə müdiri Pərviz Esmaili bildirib ki, səfər proqramına Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüş, iki ölkə heyətlərinin müzakirələri, eləcə də bir çox həmkarlıq sənədinin imzalanması və mətbuat konfransı daxildir. Ruhaninin Bakı səfəri zamanı iki ölkənin sahibkarları və fəalları, eləcə də dövlət sektorları arasında iqtisadi əlaqələrin genişləndirilməsi yollarının araşdırılması hədəfilə İran və Azərbaycan Respublikasının iqtisadi toplantısı keçiriləcək.
Ruhani Bakıya Türkmənistan səfərindən sonra gələcək.
Paylaş: