Xəbər lenti

“Son 13 il ərzində Azərbaycanda insan alveri qurbanlarının sayı 820 nəfər olub”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov deyib.

O bildirib ki, bu müddətdə insan alverçilərinin sayı isə 515 nəfər olub: “İnsan alveri ilə bağlı ümumilikdə cinayət törədənlərin sayı 2 min 429 nəfərdir. Onlarla bağlı müvafiq tədbir görülüb”.

 




Ana səhifəyə qayıt        Baxış: 986          Tarix: 2-05-2018, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma