Xəbər lenti

 Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən qadının barəsində olan hökmdən prokurorun verdiyi protest əsasında məhkəmə başa çatıb.

 Ovqat.com  APA-ya istinadən xəbər verir ki, məhkəmə protesti təmin etməyib. Hökm qüvvəsində saxlanılıb.

 Qeyd edək ki,  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Nuridə Kərimovaya bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən prokuror protest verərək qadının cəza almasını istəyib.

 Hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb.




Ana səhifəyə qayıt        Baxış: 805          Tarix: 15-05-2017, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma