Xəbər lenti

İqtisadiyyat Nazirliyi yanında “Təmiz Şəhər” ASC-nin zərərlə işləməsi tullantıların daşınma tariflərinin aşağı olması ilə bağlıdır.

Bu barədə “Report”a açıqlamasında qurumun İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

“Tariflərin artırılması məsələsinə baxılmalıdır. Bütün dünyada bu tariflər yüksəkdir, amma Azərbaycanda aşağıdır. Səhmdar cəmiyyətin gəlirləri tullantıların daşınması ilə yanaşı, istehsal etdiyi elektrik enerjisinin satışından da formalaşır. Enerjinin tariflərini də Tarif Şurası müəyyən edib. Bu məsələlərə kompleks baxılmalı, tariflər artırılmalıdır ki, mənfəətlə işləyək”, – deyə o, qeyd edib.

Sədr rəhbərlik etdiyi qurumun tabeliyindəki Balaxanı Sənaye Parkındakı son vəziyyət barədə də danışıb: “Parkın 6 rezidentindən 3-ü artıq fəaliyyətə başlayıb. Digər 3 rezident isə tikinti işləri bitdikdən sonra fəaliyyət göstərəcək. Parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində iş davam etdiriləcək. Bunun üçün Parkın ərazisi 1,3 hektar genişləndirilərək 8,3 hektara çatdırılıb”.

 




Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 2-06-2018, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma