Xəbər lenti

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə daim inkişaf edir.

“Report”un xəbərinə görə, bunu Prezient İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 570          Tarix: 29-08-2018, 18:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma