Xəbər lenti

 

NASA kosmosda olarkən cinayət törətdiyini əsas gətirərək bir kosmonavtla əlaqədar istintaq başladıb.

2013-cü ildən bəri NASAda işləyən Anne Makkleyn altı aylıq kosmik səfərindən bir neçə gün öncə geri dönüb.

Anne Makkleynin vəzifə başında olarkən boşanmaq üzrə olduğu həyat yoldaşının bank hesablarını ələ keçirdiyi iddia olunur. NASA-nın təftiş heyəti qadının həyat yoldaşı Summer Vorderin şikayətindən sonra araşdırmaya başlayıb.

Bu hadisənin kosmosda ilk işlənən cinayət olduğu bildirilir.

Hadisə ilə bağlı açıqlama verən qadın kosmonavt həyat yoldaşının bank hesablarına sadəcə kontrol etmək üçün girdiyini bildirib.

Daha əvvəllər İraqda hərbi təyyarə pilotu olan Makkleyn qadın kosmonavtların keçirdiyi kosmik ekspedisiyasının üzvü seçilmişdi.

Qeyd edək ki, 1958-ci ildə qurulan NASA kainatın sirlərini çözməyə çalışır.

Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 548          Tarix: 7-09-2019, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma