Bakıda vətəndaşlara aid kartlardan oğurluq etməkdə təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib, məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.
Qeyd edək ki, Səddam Nəzərli kibercinayətdə şübhəli bilinərək saxlanılıb.
O, xüsusi kiberproqramlardan istifadə etməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat mənimsəyib. Bununla bağlı informasiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olub.
Baxış zamanı S.Nəzərlinin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Həmin texniki avadanlığın yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işinin başlanılı.
Paylaş: