Bakının Nərimanov rayonunda dəhşətli hadisə baş verib.
Baş verən hadisənin görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.
Videodan da göründüyü kimi “Şəki” restoranı yaxınlığında iki nəfər mübahisə edib. Onlardan birinin əlində bıçaq var və o, həmin bıçaqla digərini vurur.
Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə məlumatları var.
“Yayılan vidoegörüntülərdən məlumatlıyıq, hadisə sentyabrın 11-də saat 10:30 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-cü il təvəllüdlü Əvəz Abbasova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini 1985-cü il təvəllüdlü V.Hüseynov tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə Nərimanov RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb, ekspertiza təyin olunub”, - deyə qurum rəsmisi bildirib.
E.Hacıyev əlavə edib ki, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, müalicə olunur:
“Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.
Paylaş: