
Rusiyanın Sankt-Peterburq şəhərində polis bu ilin aprelində güllələnən azərbaycanlı kriminal avtoritet Cabir Həsənovun qətlinin təşkilatçısını tutub, killerin isə kimliyi müəyyən edilərək axtarışa verilib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.
Virtualaz.org xəbər verir ki, qətlin təşkilatçısı 1975-ci ildə anadan olub, azərbaycanlıdır. Lakin onun kimliyi açıqlanmır. Qətli həyata keçirən killer isə 1994-cü ildə anadan olub, barəsində axtarış elan edilib.
Cabir Həsənov bu il aprelin 28-də Sankt-Peterburqun Lenin prospektində, yaşadığı binanın qarşısında güllələnib. Killer hadisə yerindən bamperi zədələnmiş qara “İnfiniti” avtomobili ilə qaçıb. C.Həsənov 2016-cı ilin dekabrında İstanbulda “Rafiq Masallinski” ləqəbli “avtoritet” Rafiq Eyvazovu döyənlərdən və qulağını kəsənlərdən biridir. Habelə onun “Rövşən Lənkəranski”nin qətlində əlinin olduğu təxmin edilir.
Paylaş: