Xəbər lenti

 Hər bir insan daim həyatın mənasını dərk etməyə, orda özünə uyğun, ürəyinə yatan yer tapmağa çalışır.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli paylışıb. “Üç şey” haqqında Qızıl Qaydaya diqqət çəkən Əli Məsimli “3” rəqəminin sakrallığından bəhs edib və müdriklərin irəli sürdüyü və təcrübədən keçirilmiş 3 qızıl qaydaya əməl edilməsini rasional düşünmək, düşünməklə yanaşı, həm də məqsədyönlü hərəkət etmək və qanunauyğunluqlara əsaslanıb, inamı itirməmək baxımından faydalı hesab etdiyini bildirib.

“Üç şey” haqqında Qızıl Qayda isə bunlardır:

* 3 şey geri qayıtmayacaq: söz, fürsət, zaman.

* 3 şeyi itirmək lazım deyil: şərəf, əmin-amanlıq, ümid.

* 3 şey daimi deyil: uğur, güc, var-dövlət.

* 3 şey hər bir şəxsi daha yaxşı tanımağa imkan verir: nailiyyət, dürüstlük, əməl.

* 3 şey insanı məhv edir: hirs, şəraba və pis vərdişlərə aludəçilik, mənəm-mənəmliyin gerçək imkan və qabiliyyətdən önə keçməsi.

* 3 şeyi bildirmək daha çətindir: ”yardım et”, ”üzr istəyirəm”, “sevirəm”.




Ana səhifəyə qayıt        Baxış: 992          Tarix: 14-06-2017, 00:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma