Xəbər lenti

Sərdar Cəlaloğlu: “Bütün diktaturaların bir dili, bir ritorikası var”

Ovqat.com xəbər verir ki, ADP sədri Sərdar Cəlalolu Moderator.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin 9 may Qələbə Günü münasibəti ilə “Qızıl Meydan”dakı çıxışını şərh edib. Partiya sədrinin sözlərinə görə, Putinin həmin çıxış zamanı səsləndirdiyi fikirlərin demək olar ki, hamısı Adolf Hitlerin 1939-cu ildəki çıxışı ilə demək olar ki, tamamilə eynidir:

“Putinin 9 maydakı çıxışı Hitlerin 1939-cu ildə Bundestaq önündə toplaşan almanlar qarşısındakı çıxışı ilə eynidir.  “Heç kim bizə heç nə deyə bilməz”, “heç kim bizi məğlub edə bilməz”, “biz dünyanın ağasıyıq”, “biz dünyanın istənilən yerinə hücum edə bilərik” və s. Yalnız Hitler və Putinin deyil, dünya ağalığı iddiasında olan bütün şəxslərin çıxışının mətni eynidir. Fərqi yoxdur, istəyirsən bunu 9 mayda “Qızıl Meydan”da de, istəyirsən də Bundestaq qarşısında... Yaxud da Şimalı Koreyada... Hamısı eyni şeyi deyil. Diktaturaların bir dili, bir ritorikası var. Onların hamısı deyir ki, “heç kim bizə heç nə edə bilməz”.

Putinin çıxışı Rusiyanın demokratikləşməyə ciddi ehtiyacı olduğunu göstərir”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 340          Tarix: 13-05-2017, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma