Xəbər lenti

 

Alimlər insanın əsnəməsi ilə bağlı bir çox araşdırma aparsa da, bu hadisə hələ də tam təhlil eidlməyib.

Bu haqda bir neçə nəzəriyyə mövcuddur. Bir qrup alimlərin araşdırması göstərib ki, əsnəmək nəfəs almağa kömək edən, bədəndəki karbon qazını çıxarıb qana daha çox oksigen daxil olmasını təmin edən vücudun fəaliyyətlərindən biridir.

Başqa tədqiqatın nəticələrinə görə, çənənin şiddətlə açılması qanın kəllə sümüyündə yaxşı dövr olunmasını təmin edərək istiliyi dağıdır, əsnəmə zamanı dərin nəfəs aldıqda sinusa dolan hava beyni sərinlədir.

İdmançılar yarış öncəsi, musiqiçilər isə konsertdən çoxlu əsnəyir. Bu səbəblə bir çox mütəxəssis əsnəməyin beyni canlandırıcı funksiya olduğu fikrini irəli sürüb. Məsələn, yuxunuz gələndə onu qaçırdığı, diqqət dağılanda yenidən toplanmasını təmin etdiyinə inanırlar.

Həmçinin təcrübələrdə məlum olub ki, bir adam əsnəyəndə ona baxanları da əsnəmək tutur. Beləliklə də əsnəmək o qrupun daha ayıq-sayıq edir.

Aytən /Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 1 051          Tarix: 14-06-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma