Xəbər lenti

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 28 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8221, ötən müddət ərzində isə ümumilikdə 649 953 test aparılıb.
 



Ana səhifəyə qayıt        Baxış: 2 373          Tarix: 22-07-2020, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma