"Beloved Shirts" firmasının təqdim etdiyi yeni çimərlik kolleksiyası qısa zamanda sosial şəbəkələrdə məşhurlaşıb.
Çimərlik geyimlərinin qeyri-adi dizaynı görənləri dəhşətə gətirib. Tüklü kişi bədənini xatırladan geyimlər bir növ çimərlikdə qadınları narahat edən kişilərə etiraz olaraq tərtib edilib.
Çimərlik geyimlərinin XS bədəndən başlayaraq XXL bədənə qədər ölçüləri hazırlanıb. "Beloved Shirts" çimərlik geyimlərini internet üzərindən nə az, nə çox 44.95 dollara əldə etmək olar.
Çimərlik geyimi sosial şəbəkələrdə əks cinsin nümayəndələri tərəfindən kəskin tənqid edilib. Geniş müzakirələrə səbəb olan geyimlər kişiləri heç də təhqir etmək məqsədi ilə hazırlanmayıb.
Bir qrup insan bunun uğursuz layihə olduğunu düşünsə də, digər bir qrup bu üsulun bəzi "kişilərə" yaxşı dərs olacağını düşünür.
Könül Cəfərli /Publika.az/
Paylaş: