Bu gündən Abşeron rayonu və 6 inzibati rayon ərazisində çimərliklərdə dəniz suyunun yoxlanılmasına başlanılacaq.
Ovqat.com bildirir ki, bu barədə Movqe.az-a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib. Z. Kazımov deyib ki, Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə çimərliklərin yararlılığını təyin etmək üçün dəniz suyundan analizlər götürəcək. "Yoxlamaların nəticəsi bəlli olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Bundan sonra çimərlik mövsümü davam etdikcə hər 15 gündən bir analizlər götürülərək monitorinq aparılacaq. Çimərlik mövsümü davam etdikcə dəniz suyundan nümunələrin götürürülməsi davam etdiriləcək.
Qeyd edək ki, çimərlik mövsümü iyun ayının 15-də başlayacaq.
Zülfiyyə QULUYEVA
Paylaş: