Xəbər lenti


Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
 
Ölkədə indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir. Son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.



Ana səhifəyə qayıt        Baxış: 2 486          Tarix: 31-08-2020, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma