Xəbər lenti
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
QARABAĞ AZƏRBAYCANDIR!
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ…QANLA YAZILMIŞ ZƏFƏR!…
“Milli birlik hər şeydən əfzəldir” -İsmayıl Əliyev.
Mübarizə bu gün də var, yarın da…
Bu 2020 – ni heç sevmədim. Çox ağır başladı. Bəlkə də, əslində bəlkə deyil, elə elədir, Allah- təala bir cəza kimi göndərib insanlara bu virusu. Və tez- tez eşitdiyimiz bir ifadə, heç nə əvvəlki kimi olmayacaq, – bütün bunlar nə demək idi? Lakin çox keçmədən İlahinin qüdrəti ilə düyünlər çözülməyə başladı…
Bütün bəşəriyyətin – insanlığın ağır bir imtahan qarşısında qaldığı bu zaman bir az düşünün, bu qədər pul- para sevdası, para aşiqliyi yetər, düşünün, güc ayrı amildir, acgözlük ayrı… Oğurlamayın dövlətdən, oğurlamayın cəmiyyətdən, oğurlamayın özü-özünüzdən. Əslində elə özünüzdən oğurlayırsınız. Bəlkə də bivec, dəyərlərdən xəbəri belə olmayan bir aləm də var ki, bu günümüzə, sabahımıza da məhz belələridir kölgə salanlar. Bu gün daha bir problem bivec, pul aşiqliyinə tutulmuş, haradan, necə oğurlaya bilərəm düşkünlüyü cəmiyyətin mənəviyyatdan xəbəri olmayan bir qismini bürümüşdür. Lakin getdikcə bir amil də özünü təsdiq etdirir, əvvəllər çubuğun bir ucunun virus olduğunu düşünürdüksə, digər ucunda siyasət vardı, getdikcə məlum olur ki, çubuğun hər iki ucu siyasətə söykənir. Təbii sonu yenə virus…
Müair gənclik gözəllik etalonunu, eleqant görünüşü səhv bir fizionomiya, görünüşlə əvəzləmişdir. Yaxın keçmişimizdə şahidi olduğumuz mükkəmməl görünüş, saç düzümü, səliqə- səhman, geyim mədəniyyəti, əxlaq və estetika öz yerini eybəcər, pinti bir aləmə təslim etmişdir. Yaraşdı- yaraşmadı saqqallar, səliqəsiz tüklü üzlər, yaxud əndrabadi geyimlər, öncəsi isə düşüncələrdəki mənəviyyatsızlıq və insanlara yeri gəldi- gəlmədi yuxarıdan aşağı baxmaq- məsuliyyətsiz bir cəmiyyət formalaşmaqdadır. Təkcə xarici görünüş deyil, mənəviyyatlar belə çirkinləşmişdir, lakin cəmiyyətdə başlayan aşınma 44 günlük müharibə nəticəsində sanki silinib yox oldu. Əvəzində qəlblərin hansı küncündə isə mürgüləyən, paslanmaqda olan Vətən Eşqi parlayıb üzə çıxdı. Getdikcə isə bu parıltı daha da cilalanmaqda idi. Deməli, insanlara meydan vermək lazım idi. O meydanı əldə edən və sənə bu meydanı verən Ali Baş Komandan- bizim Prezidentimiz və Azərbaycan Ordusu nə möcüzələr yaratmadı…
Bizim qismətimiz belədir, hər zaman böyük qüvvələrin yeminə çevrilmişik. Təkcə Günəşli, gül- çiçəkli deyil, torpağının altı da, üstü də vardan xəbər verən Günəşli bir məmləkət. Gah İran- fars şovinistlərinin, gah da rus imperiyasının ayaqları altında tapdandıq. Ancaq yenə də inkişaf etdik, , bilim- savadda heç bir millətdən geri qalmadıq. Bir tərəfdən də bu erməni daşnakları. Elm- bilim əldə etsək də, elə bu sahədə də bölünməyə, parçalanmağa daha meyilliyik. Bir- birimizi didməyə sərf etdik zehniyyətimizi. Cahil, alçaq niyyətli başa keçmiş avamlar içərisində bir qurd xəbisliyi- qısqanclığı, bəlkə də paxıllığı içlərini dağıdan bir cəmiyyətdə nə arta bilər. Deməli, paxıllığı, ambisiyaları, qısqanclıqları bir kənara qoyub Dövlətimiz- Prezidentimiz ətrafında daha sıx birləşməliyik. “ MİLLİ BİRLİK HƏR ŞEYDƏN ƏFZƏLDİR- İsmayıl Əliyev”
Bütün bunları qoyuram kənara, əgər bu günədək Azərbaycanın 52 %- dən çox (Qərbi Azərbaycan da daxil olmaqla) torpaqları işğal altındadırsa, forma və məzmun bitkinliyi önə çıxmaz və mən də nə yazar olardım, nə də bezar. Bax məhz bu səbəblərdən də eh deyib keçmək olmur. Biz öz əlimizlə düşmənə məcburən təhvil verib gəldiyimiz torpaqları Vətən Eşqi, Aşiqliyi oyanmış bu gəncliklə də geri qaytardıq. Sadəcə…Allah- təala istədi və yol açdı ki, elə məhz bu gəncliklə də erməni vandalizmi tərəfindən əsir- yesir edilmiş torpaqlarımızı, yurd- yuvalarımızı elə bu gəncliklə də geri qaytaraq. Bunu Tanrı İstədi! Ulu Yaradan isə hər şeydən ucadır. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət! Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqının – birlikdən doğan Qələbəsi! SƏN DASTANLAR YAZDIN, AZƏRBAYCAN ƏSGƏRİ!
Nədənsə, birdən Aşıq Veysəli xatırladım:
Yar- yar deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara torpaqdır
Sadiq yarımız olan qara torpaq bir gün yaxşı- pisliyindən asılı olmayaraq bizi qoynuna alır. Bəs əsirlikdə, özü də erməni əsirliyində qoyub gəldiyimiz, ayaq tutub yeridiyimiz, daşını- çınqılını belə sevdiyimiz doğma ocaqlarımız bizi bağrına basacaqmı?.. Bax müşkül də burasıdır. Torpağın dili yoxdur, yaxşı- pisliyindən asılı olmayaraq hər bir kəsi qoynuna alır.
Böyük dağların dumanı da böyük olur.Vaxtilə Atam mənə Böyük Azərbaycanın böyük dərdlərindən danışarkən nə qədər də haqlıymış. Bu düşmənlər yazıq Azərbaycanı diri- diri udmağa hazırdırlar, cənubdan İran, şimaldan Rusiya, qərbdən bu erməni gədaları… boğazınızda qaldı.
Virusun gətirdiyi təşviş, narahatlıq, karantin rejimi- özü də yay, Bakının qovurucu istiləri. Elə bu əsnada iyul ayının 12- dən Tovuz istiqamətindən sərhədin pozulması, itkilərimiz, bir gün sonra ayın 13-dən 14-ə keçən gün generalımız başda olmaqla Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərinin vurulması- burda açıq şəkildə xaric əl özünü göstərir. Bunun üçün münəccim olmaq lazım deyil. Polad Həşimov kimi unikal bir yüksək çinli zabitimizin və digərlərinin itkisini Azərbaycan xalqı heç də asan qəbul edə bilmədi. Şəhidlərimizə ehtiram əlaməti olaraq onların hər birinin adını çəkmək borcumdur: General- mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, baş- leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, əsgər Elçin Mustafayev. Karantin rejimində olan xalq gecə ikən küçələrə axışıb dövlətinə həmrəylik nümayiş etdirdi. Vətən darda olarkən verilən bu dəstək və insanların vahid inam uğrunda birləşmələri olduqca qürurverici idi. Əlbət düşmənə layiq olduğu cavab verildi. İlham Əliyev cənablarının XİN- in işindən azad etməsi, öz xalqının- ordunun yanında dayanması, – bir sözlə, bütün bunlar həm qürur verirdi, həm də xalqla dövlət başçısının həmrəyliyini göstərirdi bir daha. Artıq bura nə şeir meydanı idi, nə ədəbiyyat, burda ziyalısından tutmuş ən sadə insanınadək öz xalqının yanında durmaq istəyindən doğan atəşin Vətən sevgisi idi.
Son dövrlərdə xoşa gələn bir məsələni də unutmayaq, İlham Əliyev cənablarının öz xalqı ilə tez- tez görüşməsi, necə deyərlər, “dərdləşməsi” , onunla xalq arasında olan yaxınlığın daha da möhkəmlənməsini göstərir. Bilirsinizmi, bəziləri necə deyərlər qanamayan yerdən qan çıxarmağa çalışırlar. Əslində isə Azərbaycan, həqiqətən, öz intibahının ən yüksək pilləsindədir. Çəkilən saysız- hesabsız yollar, salınan körpülər, yüzminlərlə qaçqına kömək, yardımlar, aparılan quruculuq və abadlıq işləri. Həmçinin yüksək texnologiyaların tətbiqi, elektrikləşmə, hər bir sahəyə ayrılan maliyyyə vəsaiti- Prezident sizə İnanır, bəs siz bu vəsaitləri düzgün və məqsədyönlü istifadə edirsinizmi?. . Axı bir tikə çörək hər yerdə var, qalır onu namusla yemək. Bu nədir, var- dövlət hərisliyi, özündən oğurlamaq, açgözlük, ambisiyalar, vəzifə- kreslo ehtirasları- ayılın, ey müsəlmanlar, deməyəcəyəm sizə, ayılın, ey türklər deyəcəyəm. Çünki sən bir millət kimi yaranandan adın türk adlandı və bu adı sənə Tanrı özü verdi, “ səni hər zamanlar üçün Xan və Xaqan” qıldı. Bir faktı da unutmayaq, şərəfli keçmişimizlə qürur duymuşuq. Atilla bütün Avropanı titrədərkən O, türk adı ilə məşhurdur. Demək istədiyim sadə bir həqiqətdir, biz müsəlman kimi deyil, türk olaraq bu acıları yaşayırıq. Türk yenilməzliyi, mərhəməti təkcə Avropada deyil, bütün dünyada özünə hörmət və rəğbət qazanmışdır. İmperatorlardan tutmuş şairlərə, sadə insanlaradək türk millətinin şərəf və namusuna hörmət təzahürü özünü göstərmişdir. “Türk qüdrətlidir, qüdrətli olduğu qədər də rəhmlidir. Bunu Bayron obrazlı qaydada belə ifadə edir “ Döyüşdə türkün silah tutan əli necə qüdrətlidirsə, məğlub etdiyinin yaralarını sarımaqda da elə qüdrətlidir” – İsmayıl Əliyev “Göyçə nisgili, Göyçə dərdi”. Sənin İslam dinin sonralar yarandı və günü bu günəcən öz türk milləti adını, öz Uca dinini qürurla daşıyırsan. Türk yenilməzlik deməkdir, İslam mərhəmət və xeyirxahlıq, əxlaq və mədəniyyətlərin birliyi.
Sərhəd Tovuz bölgəsində baş verənlər bizim Azərbaycan xalqının tarixində sanki bir dönüş nöqtəsidir. Artıq Prezidentimiz başda olmaqla xalq nə edəcəyini bilir. Allahdan gəlmişik, Allaha gedirik. Yar və yardımçımız qoy Ulu Tanrı özü olsun!
Bilirsinizmi saatlarla bu halları təhlil etmək olar, lakin ha yana dönsək bizi saxlayacaq, bizi qoruyacaq bir dönəm var, o da Vətən adlı sevgimiz. Borcluyuq sənə İlahi, çünki dünyanın ən gözəl və uca sevgisini bəxş etmisən bizə. Son nöqtəmizdir Vətən, son istinadgahımız, son sığınacağımız, son mənzilimizdir Vətən!
Bu gün , elə bu gün,..
Vətənə dönmək zamanıdır,
Bəlkə də elə Ölmək zamanıdır!
Hə, yadımdan çıxmamış qeyd edim, iyulum 22- si, “Əkinçi” nin nəşri- H. B. Zərdabinin danılmaz qəhrəmanlığı və maarif- ziyalılığa gedən addımlar. Ruhu şad olsun belə Vətən- xalq yolunda ziyalı işığına Azərbaycanı qərq edənlər.
Böyük Azərbaycanın böyük bəlaları, yoxsa “böyük düşmənləri”- uzağa getməyək, Rusiya, Fransa və s., bir qədər dəqiqləşdirsək, Rusiya imperiyası- bunu gizlədə bilərsinizmi, rus şovinistləri- millətçiləri. Tarixin hansı dönəminə baxsan, xalqımıza qarşı erməni vandalları ilə bərabər addımlayan xainləri görürük. Azərbaycan hər zaman bu xainləri yedirib- içirir, lazım olduğundan daha artıq dost, qardaş deyir ( hərçənd rusdan- ermənidən dost olmur), lakin göründüyü kimi qarı düşmən dost olmur. Bu günlərdə özünü 2032- ci ilədək Prezident elan etmiş Putin, görünür, yeni torpaqlar zəbt etmək, əlindən çıxmış Qafqazı geri qaytarmaq, Şərqdə möhkəmlənmək, Türkiyə kimi qüdrətli dövləti gözü götürməyən- bir sadə həqiqəti Azərbaycan xalqı unutmasın gərək- Rus siyasəti hər zaman qanlı olub. Dünən də belə olub, bu gün də, sabah da belə olacaq. Bir qədər dərinliyə enəndə hətta bir qədər ümidsizləşirsən belə, lakin yardımçımız Allah olsun. Tarixin hansı dönəmindən baxsan, rus imperiyasının fars şovinistləri ilə birləşərək Azərbaycan torpaqlarını işğal etməsi, yeni ilhaq siyasəti, hər zaman bu xalqa arxadan saplanan xəncər. “Gülüstan”-(1813), “Türkmənçay” (1828) müqavilələri, fürsətdən istifadə edib dünyadan, İran və Türkiyədən qaraçı ermənilərin Azərbaycana- əsasən Dağlıq Qarabağa, Qərbi Azərbaycana köçürülməsi, nəhayətində əhalinin sayında olan tendensiyanın dəyişdirilməsi, erməniliərin “Daşnakstyun” partiyasının, “Qınçak” komitəsinin, “Asala”, “Krunk” terror təşkilatlarının hamısı türk- müsəlman əhalisinə qarşı çevrilib. Onlar tarixin hər bir mərhələsində türk xalqlarına qarşı əsl genosid keçirdilər. Və bu xalq yüz ildən çoxdur ki, ermənilər tərəfindən sözün həqiqi mənasında genosidə uğradı. 1905, 1918, 1920-ci illər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda, Gəncədə, Şəmkirdə, Qubada, Qərbi Azərbaycanda- İrəvan xanlığında, Zəngəzurda, Göyçə mahalında, İrəvanda görünməmiş vəhşiliklər etdilər. Türklərdən ibarət Qafqaz İslam Ordusu, başında Nuri Paşa olmaqla türklərin 1918-ci ildə köməyə gəlməsi ilə qulağı kəsik Andraniklərin qarşısı alındı. Bakı şəhərinin özündə, ələlxüs İçərişəhərdə türk ordusu 1500-dən artıq əsgər şəhid vermişdir. “Erməni- daşnak ünsürləri, xalqımızın sadəlövhlüyündən, yaddaş mağmınlığından, mütiliyindən istifadə edərək əsrlərdən bəri qanımıza yerikləmişdir. Görünür ki, xalqımızın təbiətindəndir, dünən axıdılan qanı bu gün unuduruq. Məhz bu sadəlövhlük üzündən də erməni- daşnak quldurları bir- birinin dalısınca, son yüz ildə neçə dəfə soyqırım aktı həyata keçirib, xalqımızın başına olmazın müsibətlər gətiriblər. (Onu da qeyd edim ki, məhz bu günlərdə sentyabr ayının 15- də Kafqaz Türk İslam Ordusu Nuri Paşanın başçılığı altında Bakının erməni- ingilis işğalından azad olunmasının 102 illiyi təntənəli şəkildə qeyd olundu. Xüsusən, Türk qırıcılarının Gəncə səmasında göstərdiyi parad- şou düşmənləri çox yəqin ki, vahiməyə saldı- M. İ.) Həmişə də silahsız əhalini qırıblar. Andranik də, Lalayev də, Hampartsum da, Araratyan da, “qırmızı komissar” Şaumov da- Şaumyan, indiki cəlladlar Balayan da, Manuçarov da, S. Kaputikyan da, Ter- Petrosyan, Sarkisyan da, Koçaryan da hamısı belə olubdur.Bu da xalqımıza çox baha başa gəlib, başı müsibətlər çəkib. O dünyada heç bir xalqın görmədiyi və rast gəlmədiyi tərzdə alçaldılıb və təhqir olunmuşdur”- İ. Əliyev “Göyçə nisgili, Göyçə dərdi”(2020, Bakı). 1948- 53-cü illərdə Stalin Mikoyan güruhu başda olmaqla Qərbi Azərbaycan- türk əhalisinin zorla öz ata- baba yurdlarından Azərbaycana köçürülməsi, Beyrutdan- Livandan, Suriyadan ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi, əslində tarixi faktlar və erməni hiylələri ilə dolu olan tarix və qarşısında sadəlövh- mağmın bir xalq…
Lakin hələ bunlar harasıdır, 1988- ci ildən başlanan erməni haylarının Azərbaycan- türk əhalisinə qarşı silahlanması, sözün həqiqi mənasında millətin genefondunu məhv etmək- genosid keçirmək… Milyona yaxın soydaşımız Qərbi Azərbaycandan min illər boyu yaşadıqları Dədə- baba torpaqlarını erməni kimi faşist vandallarına təhvil vermək məcburiyyətində qaldılar. Təpədən dırnağadək silahlanmış erməni kimi məkrli bir düşmənin qarşısında əliyalın camaat nə edə bilərdi? Dağlıq Qarabağın erməni əhalisinin pis dolanışığı ucbatından guya başlamış iftiraçı erməni planları artıq çözülürdü. 200 ildən artıq bir zaman ərzində təşkilatlanmış erməni “Daşnakstyun” partiyası əslində türk- müsəlman əhalisini qırmaq, yeni torpaqlar işğal etmək, nəticədə “Böyük Ermənistan” xülyalarına artıq demək olar ki, çatmışlar. Təbii, bu işdə onlara təkcə Avropa Xaç dünyası deyil, Rus imperiyaslı da yaxından dəstək verir. Erməni daşnaklarının Azərbaycana olan bütün hücumlarında rus şovinistlərini onlarla bərabər addımlayan görürük. Tarix erməni daşnaklarının daha bir üzünü də açdı, ermənilər dövlət deyil, onlar Terroristdirlər. Ermənistan adlanan dövlət əslində terror dövlətidir.
Siyasəti heç zaman sevməmişəm. Zaman və məkan bizlərin çoxunu demək olar ki, istəyib istəməməyimizdən asılı olmayaraq bir syiasətçi, bir tarixçi, filosof- politoloq kimi yetişdirdi. Əlbət, layiqlilər olduğu kimi işin mahiyyətinə varmayan, bütün bunlara bir anarxiya kimi baxan, araqarışdıran ünsürlər də az deyil. Bununla belə məqsəd və amalımız Gözəlimiz və ən böyük Sevgimiz olan Azərbaycan uğrunadır. Əgər 32 ildən artıq bir müddətdə Vətən yenə də çirkli erməninin ayaqları altında tapdalanırsa, bizlərin çıxış yolu nə ola bilər?
Şərəf və qeyrət Vətənsevərləri, Vətənin xilasına gedən yollar bizi gözləyir. “Qisas əməliyyatının ikinci fazası başlamışdır- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev”. Bu sözlər, Dövlətimizin tutduğu mövqe bizi daha uca məqamlara yetirəcək, daha şanlı qələbələrə aparacaq.
Bildiyim sadə bir həqiqət də var. Azərbaycan xalqı silahını hələ uzun illər əlindən yerə qoymayacaq. Çünki qarı düşmən çox küdurətli və qəvidir. Azərbaycan- türk- müsəlman xalqının qanına susamışdır. Və bu iddia təkcə torpaq, yeni ərazilər işğal etməklə məhdudlaşmır. Bir millət kimi yaşamağımız- gələcəyimiz təhlükə altındadır. Məncə, bu sadə həqiqəti xalqımız gözəl dərk edir. Və o da məlum ki, gücümüz birliyimizdədir. Təbii, mövzu Vətən yolunda isə, fəda olaq Azərbaycana. Lakin Uca Yaradan özü də bizlərdən “ölməyi deyil, öldüməyi tələb edir”. Çünki bizlərin ölməyə ixtiyarı yoxdur, ona görə ki, bizlər öləriksə, düşmən çoxala bilər. Bizlər ölməli deyil, öldürməliyik.
Toxunmaq istədiyim daha incə bir məsələ, ərazimizin 20%- dən çoxu, Qərbi Azərbaycanda qoyub gəldiyimiz 30%- dən çox əski- qədim türk torpaqlarımızın erməni vandalları tərəfindən işğal olunduğu zamanda, qəvi- hiyləgər bir düşmənlə üz-üzə gəldiyimiz belə ağır bir vaxtlarda Azərbaycanda iqtidar- müxalifət söhbəti olmamalıdır. Vətənimizin böyük bir qismi- ən gözəl, barlı- bərəkətli, münbit torpaqlarımız erməni faşistlərinin ayaqları altında tapdalanır. Ağlınızı başınıza cəm edin. Daxildən dövləti- insanları parçalamaya son qoyun. Bizi içdən parçalaya biləcək daha bir qüvvə- erməni qanından törəmiş qanıqarışıqlara qarşı ayıq olmalı, dövlət strukturlarından onların təxribatına son verilməlidir. Və əlbət, bu işlərdə Prezidentimiz İlham Əliyev Cənablarının yanındayıq.
Yalnız güclü bir birliklə, dövlətimizin və xalqımızın birliyi ilə bu bəladan- faciədən qurtula bilərik.
“ Məndən ötdü…”, bağışla, Ulu Şair, daha məndən ötdü yoxdur, atılan daşlar uzaqlardan gəlir, bir qardaşa deyil, bütöv Azərbaycan xalqına tuşlanıb. Əgər qarşında məkrli, hiyləgər bir düşmən dayanıbsa, sən özünü müdafiədən əl çəkib, hücum taktikasına keçməlisən. Özgə yol yoxdur. Bir daha təkrar edirəm, qarşıda dayanan düşmən olduqca məkrli, hiyləgər və amansızdır. Ələlxüs bu düşmənin müttəfiqi rus imperiyası isə.
Azərbaycan, onun əzəli- əbədi torpaqları- Dağlıq Qarabağ, üstəgəl 30%- dən çox Qərbi Azərbaycan torpaqları- hara gedir bu dünya?.. Bəzən dövlətimizi, bəzən yüksək çinli birilərini suçladıq, heç nə deyə bilmərəm, bildiyim o ki, Prezidentdən tutmuş sadə vətəndaşadək bir məsələ açıq- aydındır, daha bıçaq sümüyə dirənib. Daha dahası yoxdur;
Daha sonra,
daha sonra olmur,
Daha sonra qara tufan olur,
Daha sonra qullar dünyasının
Üsyanı yaman olur!
Bir gün bu millət ayağa durub rusu da, ermənini də, bütün xaç dünyasını ayağı altına alsın gərəkdir. Bu günlər bizi Vətənə doğru aparan bir ruh var, Şəhidlərimizin ruhu, doğulduğumuz ocaqların halallıq ruhu…Və bu ruh bizi çəkir, bizi səsləyir. Uzaqlarda ermənilərin tapdaqları altında qoyub gəldiyimiz torpaqlardır bizi səsləyən, Nənə- Baba məzarlarıdır bizi çağıran:
Göy gözlü Atam – Anam,
Göy gözlü Göyçəm,
Elə bu gün, bu gün…
Vətənə dönmək zamanıdır,
Bəlkə də ölmək zamanıdır!…
Dünyanı erməni daşnaklarına, erməni havadarlarına cəhənnəm etməliyik. Bəsdir mill mənsubiyyətimizə bu qədər işgəncə olundu. Bizlər səhv etmirəmsə, səfər üstəyik! Gün bu gündür…
P.S. Vaxtı ilə 102 il əvvəl Nuri Paşanın Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak hücumlarından qorumaq üçün gəldiyi kimi bu gün 27 iyul 2020 ci il Türk İslam Ordusu yenidən Azərbaycana gəldi. Bütün Azərbaycan qürurlandı. Var OL, Türkiyəm. Var OL, Azərbaycan. Biz birlikdə güclüyük.
II- ci hissə
QARABAĞ AZƏRBAYCANDIR!
QANLA YAZILMIŞ ZƏFƏR!
Azərbaycan səcdəgahımız, Türkçülük isə tacımızdır-
İsmayıl Əliyev
Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqı və üstəgəl Beynəlxalq hüquq, Azərbaycanın haqq işi və dünya Türk birliyi- bunlar idi bizi Qarabağ uğruna irəli aparan amillər!
Bəzən Qarabağın işğalını 28- 27 deyə anılsa da, hadisələr- erməni məkri min illərdir yol gəlir. Erməni daşnaklarının neçə yüzillər törətdikləri cinayətləri bir yana atsaq, bu faciələrin başlanğıcı kimi 1988- ci il fevral ayından qədim Azərbaycan- Türk torpaqları hesabına yaradılan indiki erməni- stan adlı ölkədən Azərbaycan türkləri min bir vəhşiliklərlə qovuldular. Qərbi Azərbaycan torpaqları hesabına dövlət yaradan xəyanətkar vandallar Spitakda 70-dən çox azyaşlı uşaqları borulara dolduraraq ağzını bağlamış, sonunda isə boruya od vurmişlər. Əminəm ki, Vətən sevgisi qəlbində gəzən hər bir Azərbaycanlı bu qan donduran vəhşəti hətta sonadək oxumağı belə bacarmır… Azərbaycanın Dağlıq Qarabağ ərazisinə torpaq iddiası və xalqımızın ağır, faciəvi günləri də məhz o zamanlar başladı (Artıq Dağlıq Qarabağ yoxdur, sadəcə Azərbaycanın Qarabağ bolgəsi var).
Qan- qada dolu, nisgilli, vətən- yurd həsrətli, ocaq sevgili, gözləri yollara dikili həsrətli baxışlar- düz 32- ildir. Hərdən deyirlər bağışla getsin, nəyi bağışlayacağıq, anlamadım, Xocalınımı, Meşəli, Qaradağlınımı, Quqark, Ballıqaya, Kərkicahan, Kəlbəcər, Spitakımı… hansı birini deyəsən?..
Bəli, belə şeylərə nə bağışla deyilir, nə unudun getsin. Bağışla demək asandır, dünya, unut deyə bilərsənmi bizə, dünya?!
Ordumuz irəlilədikcə içimizdə cücərən ümid böyüyur və rişələnirdi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan- Azərbaycan Ordusu dastanlar yazırdı. Ən gözəli həm də o idi ki, bu haqq savaşında tək deyildik, bütün Türk dünyası, qardaş Türkiyə və bütün haqsevər insanlar yanımızda idi.
Sən bu xalqın şərəfini qaytardın, sındırılmış, təhqir olunmuş qürurunu qaytardın, Sən Bütöv Azərbaycanı qaytardın bu millətə! Sizinlə fəxr edirik Prezidentim! Vaxtı ilə Qərbi Azərbaycandan- Göyçə mahalından erməni təcavüzü nəticəsində camaatımız qovularkən işlətdiyim ifadını bir daha səsləndirmək istərəm: “Göyçəyə gedən yollar Qarabağdan keçir”.
O Qarabağ ki, indi- bu günlər Sizin komandanlığınız altında şərəfli Azərbaycan Ordusu dastanlar yazır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının hər bir sahədə, istər cəhbədə, istər iqtisadi və siyasət aləmində, ümümən isə dünya miqyasında tutduğu düzgün pozisiya, strategiya və taktikasnın olduqca düzgün yönləndirilməsi, Ordumuzda Vətən sevdasının – Vətən eşqinin önəmi də məhz ruhu halallıqdan yoğrulmuş bu Vətənin, bu Vətən övladlarının döyüş ruhu, qələbəyə olan əzm, heç bir zaman unutmayacağı Xocalı faciəsi- bax bunlar idi Səni Müzəffər Qılan, Azərbaycan Əsgəri!
Bütün günü televizorun qabağında cəhbədən gələn xəbəri gözləyirik, üstəlik internet yox. Ancaq ən gözəl də o idi ki, insanlarımızı məlumatsız qoymadılar. Bax bu məsələ də önəmli məsələdir.
Haşiyə: Gecənin bir aləmi idi, yata bilmirdim, Ordumuzun şərəfli döyüş yolunu düşünür, Ali Baş Komandanı, İlham Əliyev cənablarını bir daha alqışlayırdım, təbii, hər dəfəsində isə bu sözləri deməkdən zövq duyurdum: Halal Olsun, Ali Baş Komandan, halal olsun, Azərbaycan Ordusu – düzgün strategiya və düzgün taktika—Siz bu xalqa şərəfini qaytardınız, ən azından isə Xocalı uğrunadır atılan bu mərmilər! Analarınızın südü Sizlərə halaldır.
Ali Baş Komandan – Azərbaycan Ordusu Sizi nə qədər ansaq, nə qədər vəsf etsək, yenə də azdır. Gözlər önündə cərəyan edən bu Qalibiyyət artıq “ əməl, əməl, əməl”dir – M. Cəlil. İlham Əliyev və Azərbaycan Ordusu təkcə danışmadı, həm siyasət, iqtisadiyyat, həm qətiyyət, Avropa xristian dünyasını öz qətiyyəti ilə, bacarığı, güclü diplomatiyası ilə qarşısına almaq və xalqının haqq işini dünyaya bəyan etmək və dünya Türk birliyinin birliyi!
44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları xarici, Avropa- Qərb ölkə medialarına saysız intervülər verdi, Azərbaycan dövlətinin dünya miqyasında tutduğu mövqeyi və əzəli torpaqlarını terroristlərdən- işğalçılardan azad etdiyini dünyaya bir daha dönə- dönə bəyan etdi.
Ən xoş olan hal isə o idi ki, erməni adı- erməni xisləti murdar terrorist dövlət olaraq tanınacaq. Bəli, o gün uzaqda deyil və inanıram ki, bu cəlladlara bir “ Nürenberq” məhkəməsi qurulacaq, təbii, Azərbaycanda, bəlkə də elə Bakının, yaxud Xocalının özündə. Prezidentimizin qətiyyəti sadə insanlara böyük ümidlər verdi. Vaxtilə Ana nənəm Məsmə xanımın tez- tez işlətdiyi zərb- məsəli işlətmək məncə yerindədir, “Mıxı mismara döndərən Allah var”. Nədən qaçsan da, İlahinin ədalətindən qaça bilməzsən!
Gəlin bu dünyanı nağıl bilməyin, balaca balalar, daha nağıllar yaranmır, daha nağıllar uydurulmur, indi toplar, qradlar, raketlər dünyası var və onların havadarı olan Qərb aləmi var. Bəs nə bilmişdin, Qərb dünyasından aman gözləmə, onlar üçün maraqlar var, məsələn, Makron seçkilər zamanı nə qədər erməni dığasının, yaxud axçisnin səsini alacaq. Bir də ki, nə qədər insanlıqdan danışsalar da, boş verin, onlar üçün müsəlmanı əzib keçmək, təhqir etmək sadə nəsnədir, hətta İslama təhqirdən belə çəkinmirlər. Təkcə İslam deyil, bir Türk-müsəlman nifrəti var içlərində… Bir xaçlı yürüşü var Türk- müsəlman dünyasına. Ancaq vaxtilə Dünya birləşib faşizmi məhv etdiyi kimi bu səlib yürüşlərinin də qarşısı İlahidən alınacaq!.
27 sentyabr 2020-ci il, Prezidentimizin qətiyyəti əks-hücum əməliyyatlarının başlanğıcı- güclü iradə, əzm, əqlin və ağılın təzahürü, İlham Əliyev uzaqgörənliyi, dünya siyasətinə- , erməni faşizminə havadar olanlar—bəlkə də Avropa xaç dünyasının başına endirilən ən güclü yumruq, o yumruq ki, uzun əsrlərdir ki, türk- müsəlman insanlarına endirilirdi. Məlum, Azərbaycanın işi haqq işidir, şərəf işidir və güclü iradədən , xalqına- torpağına olan sevgidən doğan fədakarlıqdır.
Və artıq inandım ki, xoş günlərin birində Ulu Göyçəyə gedən yollar- o müqəddəs yollar açılacaq. O yolları Qarabağda sözünü deyən Müzəffər Azərbaycan Ordusu açacaq. Bax elə bu yerdə Milli Qəhrəmanımız Mübariz İbrahimovun erməni postuna daxil olub mənfur düşməni gəbərtdiyi post erməni gədalarından azad edildi. Və üzərinə Azərbaycan bayrağı sancıldı. Həmin an dünyada nə qədər Vətənsevgili insan varsa, gözləri dolmaq deyil, gözlərdən leysan açıldı: Qeyrətinizə qurban, Azərbaycan Əsgəri, Ali Baş Komandanım!
Sənin belə Oğulların var, Azərbaycan! Siz tarix yazdınız, mənim Prezidentim! Bu xalqın qəhərli ürəyinə sular səpdiniz, bükülmüş qəddini düzəltdiniz, başını dik etdiniz. Qarabağ uğruna, namus uğruna həlak olan şəhidlərimiz. ruhunuz şad olsun! Gözümüz aydın olsun, erməni faşistlərinə atılan hər bir güllə mərmisini sizlərin uğruna- Xocalı uğruna, intiqam üçün atıldı. Mübariz İbrahimov kimi, Polad Həşimov kimi generalların eşqinə atıldı hər bir mərmimiz.
Var OL, min yaşa, Azərbaycan Prezidenti, Ali Baş Komandan. Min yaşa, Heydər Əliyevin Oğlu! Siyasi hakimiyyət və ictimai inkişaf- məhz bu istiqamətlər üzərinə quruldu müasir Azərbaycan dövlətçiliyi və onun mükəmməl tərəqqisi. Önəmli olan isə dövlətdə stabilliyi qorumaq idi. Çünki stabillik demokratiyadan daha önəmli amildir. Ən əsası Qarabağı, xalqın milli ləyaqətini qaytardın, Azərbaycana və İlham Əliyevə verilmiş şansı heç bir kimsə Onun kimi dəyərləndirə bilməzdi. Füzulinin işğaldan azad olunması İkinci Qarabağ savaşının dönüş nöqtəsi oldu. Noyabrın 8-i Azərbaycanın mənəviyyat beşiyi Şuşanın azad olunması ilə erməni cinayətkarlarının kapitulyasiyası – 32 il idi ki, xalqımız yuxu yatmırdı, inanın mənə, bu 44 gün başımı yastığa rahat qoydum, nəhayət ki,…
Biz min dillə danışmağı bacarmadıq heç zaman. Bildiyimiz dil doğruluq və dürüstlük dili oldu, məhz doğrunun və dürüstün yanında dayandı İlham Heydər oğlu Əliyev. Daha bir dil Beynəlxalq hüquq və güclü Azərbaycan oldu.
Sərkərdəmiz və düzgün strategiya, taktika – Vətən müharibəsi- müharibənin nə demək olduğunu kim bilmir ki, lakin:
Haqqın bükülməz qolu, dönməz üzü vardır…T. Fikrət
Əlbət ki, hər bir qalibiyyət öz zamanının kəşfidir, XXI əsr Azərbaycan Ordusunun və Ali Baş Komandanın müzəffər sərkərdəlik qalibiyyətinin qələbəsidir bu Qələbə! Beynəlxalq hüquq və Ordumuzun gücü- dünya belə bu amillər qarşısında acizdir.
İstədim Prezidentimi Türk dövlətinin qurucusu Süleyman Şah oğlu Ərtoğrulla müqayisə edəm, yaxud Türkiyə Cümhuriyyətinin qurucuu Atatürklə , maraqlıdır hər iki halda böyük uyğunluqlar var. Ərtoğrul Türk obalarını birləşdirir, Vətən deyə, yurd deyə mübarizə aparır.
Lakin M. K. P. Atatürk neçə- neçə işğalçılara qarşı – erməni, yunan, onlara dətək verən daxili xainlərə qarşı, xaricdə isə Antanta- Fransa, İngiltərə, Almaniya, Yunanıstan və s. 7-8 ölkəyə qarşı müharibə və nəhayətində XXI əsrin güclü Türkiyəsi- – Ərdoğan Türkiyəsi, müzəffər Türk Ordusu və Qalib Azərbaycan Ordusu. Və bugünkü Azərbaycan- İlham Əliyev Azərbaycanı, neçə- neçə xarici ölkələrin müdaxiləsi, erməni kimi amansız, hiyləgər düşmən, haqsızlıqlar, hücumlar. Lakin Beynəlxalq hüquq, yəni Avropanın öz əli ilə yazdığı hüquq Azərbaycana özü imkan verdi ki, beynəlxalq hüquq və dünyanın hazırlanmış yeni düzəni—İlham Əliyev bu şanslardan çox məharətlə istifadə etdi :
Yer də, Göy də Səninlədir,
Sən qalib gələcəksən!
Azərbaycanınn bu şanlı, qürurverici qələbəsini görmədən nə qədər nisgilli, Vətən eşqli qeyrət yiyələri olan Vətən fədailəri torpağa baş qoydu. Erməni tapdağında inləyən Qarabağ erməni işğalından azad olundu. Ana Vətənin şəhid övladları qarşınızda baş əyirəm.
Əgər… əgər bir gün mənə desələr ki, Göyçəyə gedən yollar açıldı… Və mən nöqtə qoya bilmirəm, çünki Göyçə hələ erməni işğalındadır. Amma heç bir zaman unutmadım ki, “Göyçəyə gedən yollar Qarabağdan keçir”
QARABAĞ AZƏRBAYCANDIR!
P. S. Ən mükəmməl olan isə bilirsiniz nəydi: “ BİZ ERMƏNİ FAŞİZMİNDƏN DÜNYANI XİLAS ETDİK”- ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV. Gün gələcək Prezidentimizin bu sözləri bəşəriyyəti xilası kimi dünya arealında səslənəcək.
MƏLAHƏT İSMAYILQIZI
AYB-nin, AJB-nin üzvü,
Publisist, yazar,
“Qızıl Qələm” media mükafatı laureatı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar