Lerik rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Bahadur Bəqi oğlu Nəhmətov və qızı, 1992-ci il təvvəllüdlü Ülviyyə Bahadur qızı Nəhmətova bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyata götürülüb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Zərəçəkən Bahadur Nəhmətov "Report"un yerli bürosuna hadisənin Lerik rayonunun Bibiyanı kəndinin sakini, qızın xalası oğlu Ramin adlı şəxs tərəfindən törədildiyini bildirib. O, qızının ailəli və bir uşağının olduğunu deyib. Buna baxmayaraq, bir neçə gün əvvəl Ü.Nəhmətova xalası oğlu tərəfindən aldadılaraq qaçırılıb. Ancaq Lerik Rayon Polis Şöbəsinə məlumat verildikdən sonra qız ata evinə qaytarılıb, xalası oğlu isə sərbəst buraxılıb. Bu gün axşam saatlarında Ramin adlı şəxs yenidən xalasıgilə gələrək qızı və uşağı aparmaqda israr edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə Ü.Nəhmətova bədəninin müxtəlif nahiyələrindən, B.Nəhmətov isə boğaz nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır. /REPORT.AZ/
Paylaş: