Xəbər lenti
Bu gün, 10:20
Bu gün, 09:35
Dünən, 23:09
Dünən, 22:48
Dünən, 21:50
Dünən, 17:30
Dünən, 16:18
Dünən, 09:49
2-12-2024, 23:34
2-12-2024, 22:50
2-12-2024, 22:12
2-12-2024, 21:48
"Buraya çempion olmaq üçün gəlmişik. Hazırda mənim yeganə hədəfim budur".
"Report"un məlumatına görə, bunu Azərbaycanın səbəst güləşçisi Cəbrayıl Hacıyev Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatındakı hədəfi barədə danışarkən deyib.
70 kq çəki dərəcəsində finala vəsiqə qazanan idmançı bütün rəqiblərinin güclü olduğunu bildirib: "Həqiqətən səviyyəli idmançılardır. Görüşlər mənim üçün yaxşı keçdi. Öz səhvlərim üzərində işləməyə davam edirəm".
Hacıyevin finaldakı rəqibi iranlı İrfan Elahi olacaq.
79 kq-da mübarizə aparan Əşrəf Aşırov da qızıl medal uğrunda görüşdə İran təmsilçisi ilə qarşılaşacaq. Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayacaq güləşçi rəqibin güclü olduğunu etiraf edib: "Qırğısıtanlı Məhəmməd Abdullayevə qarşı 1/4 final qarşılaşması yarımfinal görüşündən çətin idi. Sadəcə, böyük məsuliyyət hiss etdim. Finaldakı rəqibimə gəlincə, o, həqiqətən yaxşı güləşçidir. Onun çıxışını analiz etməliyik. Allahın köməkliyi ilə qızıl medal qazanacağam".
63 kq-da finala yüksələn Zirəddin Bayramov isə həyəcanlı olduğunu gizlətməyib: "Çünki bunadək yalnız Avropa çempionatının mükafatçısı olmuşam və ilk dəfə dünya çempionatının finalında iştirak edəcəyəm. Finalda yalnız qızıl medal uğrunda mübarizə aparacağam".
Bayramov həlledici görüşdə Rusiyanı təmsil edən Şamil Məmmədovla qarşılaşacaq.
Qeyd edək ki, final qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar