Xəbər lenti

 

Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan "2016-cı ildə Azərbaycanda cinayətkarlıq" adlı statistik bülletenində qeyri-adi statistik nəticə yer alıb.

Ovqat.com Publika.az-a istinadən bildirir ki, bülletendə yazılan məlumata görə, ötən il 8 nəfər Azərbaycan ərazisində qanunsuz ağac əkimi cinayəti törədib. 2015-ci illə müqayisədə qanunsuz ağac əkən cinayətkarların sayı təxminən 40% azalıb.
Mütəmadi olaraq qanunsuz ağac kəsməyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələr tətbiq edilir. Lakin bu vaxta qədər qanunsuz ağac əkməyə görə məsuliyyətə cəlb edilməyə rast gəlməmişik.

Məsələ ilə bağlı Dövlət Statistika Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, bülletendə ağac əkməyə görə cinayətə cəlb edilmə ilə bağlı ifadə mexaniki səhv olub: “Bu mexaniki səhv aradan qaldırılacaq. Artıq həmin bülleten yığışdırılıb, növbəti həftə bülletendəki ifadə düzəldilərək yenidən yayılacaq”.




Ana səhifəyə qayıt        Baxış: 1 150          Tarix: 7-07-2017, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma