Yol kənarında minlərlə meyvə ağacları var. Mövsümünə uyğun olaraq, gilas, tut, əzgil və digər meyvələr yetişir. Bu meyvələr görünüşü ilə ağız sulandırdığından yoldan ötənlər onu dərib yeyirlər.
Ovqat.com bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər isə yabanı halda bitən meyvələrin insan orqanizminə ziyan olduğunu deyirlər. Meyvələrdə olan faydalı aktiv maddələrin yol kənarındakılarda yox səviyyəsində olduğunu bildirirlər.
Meyvənin yetişməsi üçün becərilməsi və suvarılanması önəmli hesab olunur. Küçələrdəki ağaclarda isə meyvə kortəbii yolla yetişir. Üstəlik avtomobillərlə yaxın təmasda olduğundan ekoloji cəhətdən də faydalı hesab olunmur.
Terapevt-həkim Elnur Rəhimovun sözlərinə görə, günü-gündən avtomobillərin sayının artması və nəticədə atmosferə buraxılan zərərli qazların çoxalması küçələrdəki ağacların meyvələrindən uzaq durmağı qaçılmaz edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterilı təqdim edirik:
Paylaş: