Azərbaycanda peşə təhsili alan avtomobil ustasını tapmaq sözün əsl mənasında müşkülə çevrilib. Maraqlısı isə odur ki, heç sürücülər də ustanın təhsilinin olub -omaması ilə maraqlanmırlar. Baxmayaraq ki, bəzən ustalar onları əlavə xərcə salır. Bu gün əməkdaşlarımız bu mövzunu araşdırıb və peşə təhsili alan ustaların almayanlarla fərqini ortaya çıxarmağa çalışıb.
Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, əksər avtomobil sahibləri də elə bu sürücülər kimi edir. Yəni avtomobillərini düzəldən şəxslərin peşə diplomlarının olub-olmaması ilə maraqlanmırlar. Bu isə bəzi hallarda onları əlavə maddi ziyana salır.
Çəkiliş zamanı da bir neçə ustanın peşə diplomlarının olmadığı məlum oldu.
Bu sahə üzrə təhsil alan usta Əli Abdullayev isə deyir ki, peşə təhsili almaq çox vacibdir. Çünki aldığı təhsil onun işinə yarayır. Baxmayaraq ki, ona müracət edən sürücülərin əksəriyyəti diplomun olub-olmaması ilə maraqlanmır.
Odur ki, siz də əlavə xərcə düşmək istəmirsinizsə, avtomobilinizi peşə təhsili alan ustalara həvalə etməyiniz daha məsləhətlidir.