Xəbər lenti

"Azərbaycan regionda ən çox sərmayə qoyulan ikinci ölkədir. 300-dən çox Avropa İttifaqı (Aİ) şirkəti Azərbaycanda fəaliyyət göstərir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Aİ-nın Şərq qonşuluğu üzrə direktor Lourens Meredit bildirib.

"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətin 50%-i məhz Aİ ölkələrinin payına düşür. Azərbaycan iqtisadiyyatına təxminən 27 mlrd. avro birbaşa sərmayə yatırılıb. Qeyri-neft sektoruna 2,5 mlrd. avro pul qoyulub. Sərmayələri bir sıra sahələr üzrə uğur kimi görürük. Təhsil Nazirliyi ilə peşə təhsili ilə bağlı danışmışıq. Aİ bu sahədə dəstək göstərməyə hazırdır. Digər sahə kənd təsərrüfatı və kənd yerlərinin inkişafıdır. Biz Azərbayacanın kənd təsərrüfatındakı potensialı görürük. Regionlar üzrə kənd təsərrüfatına dəstək vacibdir. Rəqəmsal bazarın formalaşması da Aİ-nın əsas prioritetlərindən biridir", - deyə o qeyd edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə bildirib ki, indiyə qədər təmsil etdiyi quruma Azərbaycanda təhsil sahəsində 19 min avro ayrılıb və bu da güclü əməkdaşlığn bir hissəsidir.

 




Ana səhifəyə qayıt        Baxış: 959          Tarix: 8-06-2017, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma