Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
“Fevralın 24-dən martın 3-nə qədər Rusiya qoşunlarının Ukraynada şəxsi heyət baxımından itkilərinin sayı təxminən 9 min nəfər təşkil edib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, döyüşlər zamanı Rusiya ordusunun 30 döyüş təyyarəsi, 31 helikopteri, 217 tankı, 900 zirehli maşını, 90 artilleriya sistemi, 11 HHM sistemi, 42 reaktiv yaylım atəş sistemi, 60 sistern, 3 kəşfiyyat PUA-sı, 2 kateri, 374 avtomobil texnikası məhv edilib.
Qeyd edək ki, ötən gün Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 840 hərbçisinin öldürüldüyünü açıqlamışdı.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.
"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.
Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış...(planları-red). Amma biz onları saxladıq və əzdik”.
Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar