Xəbər lenti

 

Yay fəslinin gəlməsi ilə rayonlarda torpaq almaq istəyənlərin sayında artım müşahidə olunur.

Məsələ ilə bağlı danışan Azərbaycan Qiymətlənləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, Bakıdan fərqli olaraq rayonlarda torpaq qiymətləri ucuzdur. Buna baxmayaraq, Quba, Qəbələ və Lənkəranda digər rayonlara nisbətən qiymətlər həddən artıq yüksəkdir. Bu rayonlarda qiymətlər təqribən hər sot üçün 1000-2500 manat arasında dəyişir.

Lakin Lənkəranın bəzi əraziləri var ki, orada torpağın bir sotu 10 min manata çatır.

O rayonlar ki, turistik baxımdan cəlbedicidir, fərdi yaşayış evinin tikintisi üçün əlverişli imkanlar var, şəhərə məsafəcə daha yaxındır, orada torpaq qiymətləri daha bahadır. Qubanın ən bahalı yerləri isə Qəçrəş kəndindədir.

Ekspertlərin sözlərinə görə, son illərdə kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqısı bir qədər çətinləşib. Belə torpaqlar daha çox icarəyə götürülür, nəinki alınır. Bəzi rayonlarda belə torpaqların 1 hektarının 1 illik icarəsi 100-150 manat olur. Elə ərazilər var ki, orada torpağın 1 hektarının icarəsini 30 manata da tapmaq olur. Yəni qiymətlər ərazilərə görə dəyişir. /Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 29-07-2017, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma