Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 16-da yeni hərrac keçirəcək. Hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyət, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü isə istifadəsiz qeyri-yaşayış sahəsidir.
Ovqat,com bildirilib ki, komitədən AZƏRTAC-a verilən xəbərə görə, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və digər 8 rayonda yerləşir. Bunlar əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir, nizamnamə kapitalı isə 9 min manatla 886 min 154 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Bu əmlakın səhminin 30 faizi 133 min 167 manata təklif olunur.
Hərraca çıxarılan səhmdar cəmiyyətlər haqqında daha ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1602 linkindən əldə etmək olar.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Mingəçevir şəhərində, Şəki, Sabirabad, Ucar, Cəlilabad, Balakən, Xızı və digər rayonlarda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak paytaxtın Nizami rayonunda yerləşən Təsərrüfathesablı Təmir-Tikinti Sahəsi olacaq. Adı çəkilən əmlak 1 milyon 355 min 500 manata təklif edilir. Torpaq sahəsi isə 7869 kvadratmetr təşkil edir. Balakəndə yerləşən Əmlak Kompleksi 825 min manat, Şəki Barama Toxuma Zavodu 363 min 750 manat olmaqla qiyməti ilə fərqlənənlər sırasındadır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə yanaşı, həm komitənin rəsmi saytı, həm də “facebook” səhifəsi vasitəsilə də aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi var ki, ziyarətçilər əmlaklar və hərrac proseduru barədə istənilən sualı komitəyə ünvanlaya və dərhal cavab ala bilərlər.
ƏMDK yerli və xarici investorları, sahibkarları, mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar