Xəbər lenti

 

Yaponiyalı qadın gənə infeksiyası daşıyan pişikdən xəstəliyə yoluxaraq vəfat edib.

Bu belə virusun məməlidən insana ötürülməsinin ilk halı sayılır. Yaponiyanın Səhiyyə Nazirliyi bildirir ki, 50 yaşlarında olan qadın xəstəliyə evsiz pişiyə qayğı göstərərkən yoluxub.

Hadisədən on gün keçdikdən sonra o, şiddətli qızdırma ilə müşayiət olunan trombositofeniya sindromu nəticəsində vəfat edib.

Qeyd edək ki, bu xəstəlik gənə vasitəsilə yayılır. Lakin qadının üzərində gənə dişləməsi izləri aşkar edilməyib. Bu üzdən həkimlər infeksiyanın pişikdən keçdiyini güman edirlər. /Metbuat.az/




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 29-07-2017, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma