Xəbər lenti

 Masallı sakini bıçaqlanaraq qətlə yetirilib.

 APA-nın cənub bürosunun məlumatına görə, hadisə Şatroba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan T. Quliyev hadisə yerində ölüb.

 Hadisənin səbəbləri hələlik məlum deyil.

 Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 998          Tarix: 2-08-2017, 10:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma