Xəbər lenti

 

Alimlər tərəfindən smartfon üçün yaradılmış alət vasitəsilə orqanizmi diaqnostika etmək olar.

Ovqat.com ICTnews-a istinadən xəbər verir ki,  ABŞ-da İllinoys Universitetinin alimləri yığcam laboratoriya hazırlayıblar. Bu qurğunun köməyi ilə qan, ağız suyu və sidiyi analiz etmək olar. Bu analiz “TRI” adlandırılıb.
Bu yaxınlarda əməkdaşlar bəzi analizlər üçün sözügedən texnologiyadan istifadə ediblər. Analizlərdən biri biomarkeri müəyyənləşdirməli idi, məhz bu göstərici vaxtından əvvəl doğuşa təsir edir, ikinci analiz yeni doğulmuş uşaqlar üzərində aparılır, çünki bu analiz körpənin inkişafının və boyunun normada olub-olmadığını göstərir. Analizlərin nəticəsi adi laboratoriyada aparılmış testlərlə eyni olub.

 




Ana səhifəyə qayıt        Baxış: 819          Tarix: 12-08-2017, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma