Xəbər lenti

 

"Amazon" internet mağazasında ev heyvanları üçün tərcüməçi satışa çıxarılacaq.

Ovqat.com lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında məlumat verilib.
Yeni qurğu sayəsində ev sahibi öz pişiyini və ya itini asanlıqla başa düşə biləcək. Bu qurğunu hazırlayarkən alimlər süni intellektdən bəhrələniblər. Onlar it və pişiklərin sahibinə müraciət edərkən və ya nəsə istəyərkən göndərdiyi siqnalları analiz edərək, müəyyən sxem hazırlayıblar.
Alimlər qeyd edirlər ki, iflic olmuş və ünsiyyət qabiliyyətini itirmiş şəxslər üçün aparatlar hazırlanarkən müvafiq texnologiyadan istifadə etmək olar.




Ana səhifəyə qayıt        Baxış: 998          Tarix: 27-07-2017, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma