Xəbər lenti

 

Vətəndaş bankomatdan təqaüdünü çıxaranda başına iş gəlib. Çıxardığı məbləğ əksik gəlib. Banka müraciət etdikdə isə kartından onlayn ödəniş edildiyini öyrənib. Halbuki o belə bir ödəniş etmədiyini deyir.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki,  Nüsrət Qasımov təqaüdünün 40 manat əksik olduğunu görüb. Bankın filialına yaxınlaşıb və çıxarış tələb edib. Kiçik araşdırmadan sonra məlum olub ki, şəxsin plastik kartından mobil nömrəyə pul yükləməsi edilib.
Nüsrət Qasımov onun pulu ilə hansı nömrənin balansının artırıldığını öyrənmək istədikdə rədd cavabı alıb.
Daha sonra isə Nüsrət Qasımov bankın mərkəzi ofisinə yazılı müraciət edib. Məsələ ilə bağlı bankdan isə "XəzərXəbər"ə bildirdilər ki, filliallar çıxarışı yalnız o formada təqdim edirlər. O ki qaldı vətəndaşın mərkəzi ofisə yazılı müraciətinə həmin müraciət cəmi bir gün əvvəl daxil olub və bununla bağlı müvafiq araşdırma aparılır. Araşdırma tamamlandıqdan sonra vətəndaşa dolğun məlumat veriləcək və problem həllini tapacaq.
Hüquqşünaslar da məsləhət görür ki, belə olan halda ilk növbədə banka rəsmi müraciət etmək lazımdır.
Mütəxəssislər bildirir ki, rəsmi müraciət qanedici olmadıqda şəxs, ona dəyən maddi və mənəvi ziyanın qarşılığını məhkəmə müstəvisində tələb edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 12-08-2017, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma