Xəbər lenti

"ABŞ Ukrayna böhranının nizamlanması məsələsində Rusiyanın addımlarından məmnun olmasa, tədbirlər görəcək".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə polşalı həmkarı Karol Navrotski ilə görüşün başlanğıcında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsi üzrə qəbul edəcəyi qərardan narazı olsa, nəsə baş verəcək.

Amerika lideri konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Bununla yanaşı, Tramp onun Ukraynada nizamlama kontekstində Rusiyaya təsir göstərmək üçün heç bir tədbir görməməsinə dair iddianı təkzib edib.

Ağ Ev rəhbəri Rusiyaya qarşı tədbir görməsinə nümunə kimi Hindistana münasibətdə ikinci dərəcəli sanksiyaların tətbiqini göstərib:

"Bu səbəbdən Rusiya yüz milyardlarla dollar itirib. Hələ mən ikinci və üçüncü mərhələyə başlamamışam".




Ana səhifəyə qayıt        Baxış: 2 616          Tarix: Dünən, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma