Xəbər lenti

"Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır".

Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.

"Ermənistan tərəfi "Biz sərhədi açmağa hazırıq" açıqlaması verib. Hamının xeyrinə olan bir şeyə təbii ki, onlar da müsbət yanaşırlar. Bəzi layihələri həyata keçirməzdən əvvəl müəyyən texniki işləri görmək lazımdır", - deyə o qeyd edib.

Kılıç Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ilə bir sıra işlər aparıldığını söyləyib:

"Bu işləri nəzərdən keçirəcəyik, keçmiş işləri təsdiq edəcəyik, Gələcəkdə iki ölkənin, xüsusilə də bu bölgənin iqtisadi həyatı üçün nə edilə biləcəyini müzakirə edəcəyik".

Kılıç Zəngəzur xəttinin önəminə diqqət çəkərək vurğulayıb:

"Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq, İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək ən böyük arzumuzdur".

Diplomat əlavə edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Alican sərhəd qapısından keçərək Ermənistanın paytaxtı İrəvanda görüşlər keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 990          Tarix: Dünən, 22:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma