Xəbər lenti

 Zaqatalada 61 yaşlı kişi intihar edib.

 Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-də saat 21.00 radələrində rayonun Suvagil kənd sakini, 1956-cı il təvəllüdlü Rəfail Oruc oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Rəfail İsmayılovun İntihar etməsi məlum olub.

 Məlumatda bildirilir ki, Rəfail İsmayılov Suvagil kənd 1 saylı tam orta məktəbində tarix müəllimi işləyib.




Ana səhifəyə qayıt        Baxış: 1 168          Tarix: 4-09-2017, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma