Xəbər lenti

 Zaqatalada 62 yaşlı qadın qardaşı tərəfindən bıçaqlanıb.

 Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  bu gecə saat 03 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü  Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir.

 Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki,  Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarətlər yetirib. Keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb.

 Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.    




Ana səhifəyə qayıt        Baxış: 896          Tarix: 9-08-2017, 09:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma