Ötən əsrin 20-ci illərində Azərbaycan xalqına qarşı erməni daşnakları tərəfindən qətliamlar törədən 26 Bakı komissarlarının adına Bakıda klub açılıb. Özü də vaxtı ilə 26-lar adı ilə tanınan indiki ''Sahil'' bağının yaxınlığında. Tarixçi alimlər bu adla paytaxtın mərkəzində klubun açılmasını birmənalı qarşılamayıblar.
Bakıda 26 Bakı komissarlarının şərəfinə klub açılıb.
Tarixçi alim Dilavər Əzimli belə iddia edir. Alimin sözlərinə görə, Bakıda azərbaycan xalqına qan udduran erməni-bolşevik birləşməsi olan 26 Bakı komissarlarının şərəfinə ''Sahil'' bağının yaxınlığında 26-lar adı ilə klub faliyyət göstərir.
Ovqat.com olaraq biz də alimin dediyi məkəna yollandıq. Həqiqətən də restoranın qapısının girişində rəqəmlə 26, digər tərəfində isə ingiliscə 26 sözü yazılıb. Restoranın sahibi Ramin Məmmədov alimin fikirləri ilə razılaşmır...
Tarixçi alim Dilavər Əzimliyə görə məhz bu ərazidə belə adla restoranın açılılması şübhələri daha da artırır. Bu adla restoran paytaxtın başqa yerində də aça bilərdi.
Ramin Məmmədov deyir ki, əgər bağın adını verəsi olsaydım hazırki adı , yəni ''sahil'' qoyardım.O vətən xaini olması ilə bağlı sosıal şəbəkələrdə səsləndirilən iddialarla da razılaşmır.
Tarixçi alim Dilavər Əzimli hesab edir ki,müvafiq qurumlar bununla maraqlanıb məsələni dəqiq araşdırmalıdırlar./Xəzər Xəbər/
Paylaş: