Xəbər lenti

 Günəşdə baş verən partlayışların əsas məqsədi dünya əhalisini məhv etməkdir.

Bunu Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib. Onun sözlərinə görə, Günəşdə baş verən partlayışlar süni surətdə yaradılır:

“Bu partlayışlar nəticəsində Yer kürəsində elektrik dalğalarının miqdarı artır. Bu da bu və ya digər xəstəliklərin yaranmasına səbəb olur. Günəşdə baş verən partlayışlar insanın səhhətinə mənfi reaksiya göstərir. Son dövrlər bu partlayışlar süni surətdə yaradılır. Həm Rusiya, həm də Amerikada olan xüsusi silahlar vasitəsilə həyata keçirilir. Son zamanlar daşqınların, sellərin, meşə yanğınlarının miqdarının artdığının şahidi oluruq. Meşələr heç vaxt özbaşına yanmaz. Meşəni yandırırlar. Nə qədər meşələr çox yanırsa, o qədər səhralar çoxalır”.

Qeyd edək ki, Günəşdə son 12 ilin ən güclü partlayışı sentyabrın 6-da baş verib və bu gün saat 19:00-a qədər davam edəcək. Bu partlayış X9.3 balla qiymətləndirilir. Son belə güclü partlayış 2005-ci ilin sentyabrın 5-də baş verib.




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 9-09-2017, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma