Xəbər lenti

 Bu gün Əfqanıstanın paytaxtı Kabildə qəbiristanlıqda baş verən bir neçə partlayışda 20 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

RİA “Novosti” xəbər verir ki, partlayışlar Kabildə etirazlarda həlak olanlardan birinin dəfni zamanı törədilib.

Partlayış zamanı dəfndə baş nazir Abdulla Abdulla və xarici işlər naziri Salahuddin Rabbani də iştirak edirdilər. Onların heç biri xəsarət almayıb. 




Ana səhifəyə qayıt        Baxış: 1 079          Tarix: 3-06-2017, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma