Xəbər lenti

 

Mütəxəssislər insan bağırsaqlarında yaşayan 100 trilyon bakteriyadan faydalı olanları artıraraq daha keyfiyyətli bir həyat yaşaya biləcəyini söyləyir. Bağırsaqda yaşayan faydalı və faydasız olmaq üzrə çox sayda bakteriyadan faydalı olanlarını artıraraq insan sağlamlığı qoruna bilər.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, tədqiqatçılar, bunun üçün tərəvəzlərdə yeralması, kərəviz, soğan, sarımsaq, pomidor, xardal bitkisi, meyvələrdə isə alma, çiyələk, banan; quru paxlalılardan isə mərcimək, kətan toxumu, qoz, badam istehlak edilə biləcəyini söylədilər.
İndiki dövrdə bağırsaqların sağlam olmaması artıq yalnız qəbizlik deyil bir çox xəstəliyin xəbərçisidir. Bu vəziyyət araşdırmalarla ortaya qoyulmağa başlanmışdır. Bağırsaqlarımız ifraz etdiyi bir çox hormon və fermentlərlə öz özünü idarə edə bilən bir orqan kimi qəbul edilir. Bu səbəblə bağırsaqlarımızı sağlam olması üçün faydalı bakteriya sayını artırmaq lazımdır.
İmmun sistemindən dəri xəstəliklərinə, insulin müqavimətinə, kolon xərçənginə, xüsusilə uşaqlarda astmadan allergik reaksiyalara qədər bir çox xəstəliyin təməlində bağırsaqlardakı pozuntular olduğu müəyyən edilmişdir. Xüsusilə araşdırmalar piylənmə, insulin müqaviməti, qaraciyər yağlanması kimi sağlamlıq problemlərinin bağırsaq sağlamlığıyla əlaqədar olduğunu bildirir. Buna görə bu kimi sağlamlıq problemləri olanların mütləq pəhrizlərini probiyotik və prebiyotik baxımından zənginləşdirmələri təklif edilir.




Ana səhifəyə qayıt        Baxış: 989          Tarix: 14-09-2017, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma