Xəbər lenti

 Atlantik okeanı üzərində, Karib dənizi hövzəsi yaxınlığında "Mariya" tropik fırtınası formalaşıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlıqları Mərkəzi məlumat yayıb.

Mərkəz ekspertlərinin məlumatına görə, hazırda fırtına Kiçik Antil adalarından təqribən min km aralıdadır və saatda 32 km sürətlə qərbə doğru irəliləyir.

Meteoroloqların proqnozuna görə, "Mariya" gələn həftənin əvvəlinə qədər qasırğaya qədər güclənəcək.

Həmçinin qeyd olunur ki, həftənin ortalarınadək qasırğa Virgin və Puerto-Riko adalarına çata bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 044          Tarix: 17-09-2017, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma