Xəbər lenti

ABŞ-da Karib dənizi adaları üzərində cərəyan edən və hazırda yaxınlaşmaqda olan "İrma" qasırğasına hazırlıq işləri davam edir.

"Report" xəbər verir ki, Amerika telekanallarının məlumatına görə, şənbə günündən bazar ertəsinə qədər Floridada yerləşən dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" bağlanıb.

Müəssisənin çərşənbə axşamı işini bərpa edəcəyi gözlənilir.

Bü ərəfədə prezident Donald Tramp yaxınlaşmaqda olan "İrma" qasırğasına görə, Corciya ştatında fövqəladə vəziyyət rejimi elan edib.




Ana səhifəyə qayıt        Baxış: 677          Tarix: 9-09-2017, 11:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma