Xəbər lenti

 

Bu gün qadın voleybolçular arasında Avro-2017-yə start verilib.

Yarış Azərbaycan və Gürcüstanda təşkil olunacaq.

Millimiz oyunlarını Bakıda keçirəcək. 

A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstanla qarşılaşacaq. 

Avro-2017
Qrup mərhələsi
A qrupu
I tur
 
18:00. Macarıstan – Azərbaycan

Hakimlər: Harald Sodya (Avstriya), Jakub Nederhoed (Hollandiya)
Bakı. Milli Gimnastika Arenası

***

Matç başladı.

***

Matçın ilk dəqiqələrində üstün oynayan millimiz hesabda önə çıxmışdı. Lakin, sonrakı dəqiqələrdə təşəbbüsü ələ alan macarlar hesabı öz xeyirlərinə dəyişdi və bir ara hesabda 6 xal fərqlə önə keçdi. Buna baxmayaraq voleybolçularımız setin sonlarına yaxın ardıcıl xallarla yenidən önə keçməyi bacardı və əzmkar mübarizə nəticəsində ilk seti 25:23 öndə bitirdi.\Qafqazinfo\




Ana səhifəyə qayıt        Baxış: 628          Tarix: 22-09-2017, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma