Xəbər lenti
Bu gün, 15:52

 

Sentyabrın 18-də Milli Gimnastika Arenasında Azərbaycanın və İtaliyanın qadın voleybolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Ovqat.com Trend-ə istinadən bildirir ki, ilk set İtaliyanın xeyirinə - 25:18 hesabı ilə bitib. İkinci setdə Faiq Qarayevin yetirmələri uzun müddət liderlik etsələrdə, setin sonunda yenidən məğlub olublar - 25:21. Üçüncü setdə Azərbaycan voleybolçuları qələbə qazana bildi - 26:24. Sonuncu setdə İtalyanlar yenə qələbə qazanıblar - 25:14. Beləliklə oyun 3:1 hesabı ilə İtaliyanın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstanla birgə təşkil etdiyi voleybol üzrə Avropa Çempionatı 22 sentyabr start götürəcək. Turnir 10 gün davam edəcək. Turnirin qalibi okyabrın 1-i məlum olacaq.




Ana səhifəyə qayıt        Baxış: 436          Tarix: 18-09-2017, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma