Xəbər lenti

Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçiriləcək 3 oyunla yekun vurulacaq.

"Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkəcək. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcək. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisinin qrupdakı son oyununu məğlub başa vuracağı inandırıcı görünmür.

C qrupunda isə 2 oyun olacaq. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gələcək. Rusiya qalib gəlsə, qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə yüksələcək. Bu qrupun digər oyununda ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşacaq. Rusiya və Bolqarıstana minimal fərqlə uduzduğu üçün Ukraynanın 2 xalı var. Türkiyə isə cəmi 1 xala malikdir. "Ay-ulduzlular" qrup 3-cüsü kimi "pley-off"a çıxmaq üçün mütləq qalib gəlməlidirlər.

Avropa çempionatı

A qrupu

18:00. Almaniya - Azərbaycan

Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)

Xal durumu: Azərbaycan - 6, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.

C qrupu

15:30. Rusiya - Bolqarıstan

20:30. Türkiyə - Ukrayna

Xal durumu: Rusiya - 5, Bolqarıstan - 4, Ukrayna - 2, Türkiyə - 1.

Qeyd edək ki, digər 2 qrupda mübarizəyə yekun vurulub. İtaliya B qrupunun, Serbiya D qrupunun lideri kimi 1/4 finala yüksəlib. Onların rəqibləri "pley-off" mərhələsinin Belarus - Çexiya və Hollandiya - Xorvatiya görüşlərinin qalibləri olacaq. 




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 25-09-2017, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma