Xəbər lenti

 

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşib.

Ovqat.com xəbər verir ki, püşkün nəticəsi ilə bağlı millimizin baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın saytına fikirlərini bildirib:

"İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq".

Xatırladaq ki, Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 660          Tarix: 29-09-2017, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma