Xəbər lenti

                                          

Azərbaycan yarışda 5 idmançı ilə təmsil olunur.

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.

Kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

Respublika yarışda 5 idmançı ilə təmsil olunur. Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar.// Report




Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 19-11-2017, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma