Xəbər lenti

"Yuventus"un qapıçısı Canluici Buffon daha bir mükafata layiq görülüb.

39 yaşlı qolkiper A seriyasının ən yaxşısı seçilib.

Belə ki, əfsanəvi qolkiper 2016-17 mövsümünün ən dəyərli futbolçusu nominasiyasının qalibi olub. Buffon "Yuventus"la ardıcıl 6-cı çempionluğunu qazandığı ötən mövsüm meydana çıxdığı 30 görüşün 13-də qapısını qola bağlayıb. İtaliya millisinin sabiq üzvü 1997-ci ildən verilən bu mükafatı əldə edən ilk qapıçı olmağı bacarıb. O, karyerası ərzində 13 dəfə də ilin qapıçısı seçilib.

Təqdimetmə mərasimində mövsümün ən güclü "11-liy"i də açıqlanıb. Maraqlıdı ki, simvolik komandada "qoca sinyora"nın 7 oyunçusu yer alıb. Bunlar Buffonla yanaşı, Miralem Pyaniç, Qonzalo İquain, Aleks Sandro, Paulo Dibala və yayda klubu tərk edən Dani Alveşlə Leonardo Bonuççidi. Həmçinin "Napoli"dən Xalidu Kulibali, Marek Hamşik, Dris Mertens və "Roma"dan Raca Naynqqolan rəmzi heyətə düşüblər.

"Napoli"nin çalışdırıcısı Mauritsio Serri isə 2016-17 mövsümünün ən yaxşı baş məşqçisi adına layiq görülüb. 58 yaşlı mütəxəssisin qazandığı bu mükafat əvvəlki 5 mövsümdə "Yuventus"u çempionluğa daşıyan Antonio Konte və Massimiliano Alleqriyə verilib./ Apasport.az

 




Ana səhifəyə qayıt        Baxış: 898          Tarix: 28-11-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma